Rüfət fasilədən sonra meydana ayaq basdı, komandası uduzdu

03:00 Bizimkilər 58
Rüfət fasilədən sonra meydana ayaq basdı, komandası uduzdu

İsrail Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadənin formasını geyindiyi "Kiryat Şimona" səfərdə "Hapoel Ramat Qan"ın qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 3-cü dəqiqədə Kristofer Bonifeys vurub.

Rüfət Abdullazadə ikinci hissənin əvvəlində - 46-cı dəqiqədə meydana daxil olub.

Bu məğlubiyyətdən sonra 7 xalda qalan "Kiryat Şimona" turnir cədvəlinin sonuncu - 14-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 18:10 Çək və bizə göndər!
28 Noyabr 08:40 Bu da "Xankəndi" - VİDEO
28 Noyabr 07:30 Məhsuldar heç-heçə