Bərdədə rayon birinciliyi

04:00 Digər növlər 936
Bərdədə rayon birinciliyi

24-27 noyabr arağılında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş oğlan və qızlar arasında atletika idman növü üzrə Bərdə rayon birinciliyi keçirilib.

Sportinfo.az xəbər verir ki, yarış Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə Gənclər və İdman Sektoru və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutub.

Birincilikdə 2011–2012 və 2013–2014-cü il təvəllüdlü məktəblilər yerindən uzunluğa tullanma, qaçışın müxtəlif məsafələri üzrə mübarizə aparıblar.

Belə ki, oğlanlar 100 və 200 metr, qızlar isə 60 və 100 metr məsafələrində qüvvələrini sınayıblar.

Yarışda 43 məktəbi təmsil edən ümumilikdə 167 şagird iştirak edib. Onlardan 67-si qız, 100-ü isə oğlan olub.

Birinciliyin keçirilməsində əsas məqsəd məktəblilər arasında atletika idman növünə marağın artırılması, gənc istedadların üzə çıxarılması və idmanın kütləviliyinin təşviqidir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 18:10 Çək və bizə göndər!
28 Noyabr 08:40 Bu da "Xankəndi" - VİDEO
28 Noyabr 07:30 Məhsuldar heç-heçə