Madina Roma turnirində bürünc medala yiyələndi - FOTOLAR

03:50 Cüdo 926
Madina Roma turnirində bürünc medala yiyələndi - FOTOLAR

Azərbaycan millisinin üzvü Madina Kaisinova İtaliyanın paytaxtı Romada keçirilən cüdo üzrə Avropa Açıq Turnirində bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, +78 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda polşalı Emiliya Qonsiora qalib gəlib.

Yarımfinalda Niderland təmsilçisi Karmen Diykstraya məğlub olan Kaisinova bürünc medal uğrunda görüşdə italiyalı Alessiya Cordanonu üstələyib.

38 ölkədən 261 cüdoçunun iştirak etdiyi turnirdə Azərbaycan altı qadın idmançı ilə təmsil olunur.

Yarışın ikinci günündə millimizin daha beş üzvü tatamiyə çıxacaq.

Madina Kaisinova Roma turnirində bürünc medal qazandı

Madina Kaisinova Roma turnirində bürünc medal qazandı

Madina Kaisinova Roma turnirində bürünc medal qazandı

Madina Kaisinova Roma turnirində bürünc medal qazandı

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 18:10 Çək və bizə göndər!
28 Noyabr 08:40 Bu da "Xankəndi" - VİDEO
28 Noyabr 07:30 Məhsuldar heç-heçə