Ölkəmizdən iki nəfər Türküstanda iki qızıl medal qazandı - FOTOLAR

08:00 Şahmat 923
Ölkəmizdən iki nəfər Türküstanda iki qızıl medal qazandı - FOTOLAR

Qazaxıstanın Türküstan şəhərində Türk Şahmat Assosiasiyasının çempionatı başa çatıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan şahmatçıları həm kişilərin, həm də qadınların yarışında qızıl medal qazanıblar.

Kişilərin mübarizəsində 14-cü turda təmsilçimiz Nicat Abasov Qırğızıstan şahmatçısı Ediyar Orozbayevlə heç-heçə edib. 14 turdan sonra 9 xal toplayan Nicat Abasov bütün rəqiblərini qabaqlayaraq qalib olub.

Qadınların çempionatının son turunda isə Gövhər Beydullayeva Qazaxıstan şahmatçısı Zarina Nurgaliyeva ilə xalı yarı bölüb. Yekunda 10 xal toplayan Gövhər Beydullayeva birinci yeri tutub.

Beləliklə, Azərbaycan təmsilçiləri həm kişilərin, həm də qadınların yarışında çempion olublar. Qaliblərin şərəfinə çempionatın bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni iki dəfə səsləndirilib.

Medial

Medial

Medial

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 18:10 Çək və bizə göndər!
28 Noyabr 08:40 Bu da "Xankəndi" - VİDEO
28 Noyabr 07:30 Məhsuldar heç-heçə