Yay transferi “Qarabağ” üçün elə bir qol vurdu ki... VİDEO

01:00 Qarabağ 53
Yay transferi “Qarabağ” üçün elə bir qol vurdu ki... VİDEO

Azərbaycan Premyer Liqasının XIII turuna yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son matçında “Qarabağ” “Azərsun Arena”da “Sumqayıt”la üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam klubunun qollarını Aleksandr Kaşuk (42), Renaldo Sefas (45+2), Taofik İsmail (77) və Musa Qurbanlı (86) vurublar. Qonaq komandanın heyətində isə İsa Suliman (8) və Emil Mustafayev (55) fərqləniblər.

Bu qələbə sayəsində xallarının sayını 23-ə çatdıran “Qarabağ” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 10 xalı olan “Sumqayıt” isə onuncu sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 20:00 Çək və bizə göndər!