Elvin Cəfərquliyev “Qarabağ”da yenə meydana çıxmayacaq

09:25 Qarabağ 824
Elvin Cəfərquliyev “Qarabağ”da yenə meydana çıxmayacaq

Misli Premyer Liqasının 13-cü turunda “Sumqayıt”ı qəbul edəcək “Qarabağ”ın oyuna hansı itkilərlə çıxacağı bəlli olub.

Sportinfo.az xəbər verir ki, komandanın heyətində cəzalı futbolçu yoxdur.

Artıq yüngül məşqlərə başlayan sol cinah müdafiəçisi Elvin Cəfərquliyevin isə “kimyaçılar”la matçı buraxacağı bildirilib.

“Qarabağ” - “Sumqayıt” matçı noyabrın 28-də keçiriləcək. “Azersun Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.

Hazırda 20 xalı olan “Qarabağ” turnir cədvəlinin dördüncü, 10 xala malik “Sumqayıt” isə onuncu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 18:10 Çək və bizə göndər!
28 Noyabr 08:40 Bu da "Xankəndi" - VİDEO
28 Noyabr 07:30 Məhsuldar heç-heçə