Bizimkilər Türkiyədə “sülh” bağladı

02:30 Bizimkilər 46
Bizimkilər Türkiyədə “sülh” bağladı

Türkiyə I Liqasında XVI turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvlərinin çıxış etdiyi komandalar üz-üzə gəliblər.

Ozan Can Kökçünün formasını geyindiyi "Vanspor" doğma meydanda Toral Bayramovun şərəfini qoruduğu "Bursaspor"la üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Görüşdə 27-ci dəqiqədə Emirhan Başyiğitin öz qapısına vurduğu qolla hesabı qonaqlar açsa da, 38-ci dəqiqədə Keleçi İheanaço tarazlığı bərpa edib.

Azərbaycanlı futbolçular da bu görüşdə iştirak ediblər. Hər ikisi matça start heyətində başlayıb. Toral 90 dəqiqə meydanda qalıb, Ozan Can isə 85-ci dəqiqədə əvəzlənib.

Xallarını 36-ya yüksəldən "Bursaspor" liderliyini davam etdirir. 17 xalı olan "Vanspor" isə 16-cı yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 18:10 Çək və bizə göndər!
28 Noyabr 08:40 Bu da "Xankəndi" - VİDEO
28 Noyabr 07:30 Məhsuldar heç-heçə