Prezident Bakıya gəldi, federasiyasının fəaliyyəti ilə tanış oldu

08:10 Güləş 871
Prezident Bakıya gəldi, federasiyasının fəaliyyəti ilə tanış oldu

Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Bakıya səfəri çərçivəsində Azərbaycan Güləş Federasiyasının (AGF) ofisini ziyarət edib.

Sportinfo.az xəbər verir ki,bu barədə AGF-dən məlumat verilib.

Bildirilib ki, görüşdə UWW prezidentinə AGF-nin fəaliyyəti, rəqəmsal idarəetmə sistemlərinin inkişafı, vahid məlumat bazasının yaradılması, videoanaliz və süni intellekt texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.

Nenad Laloviç AGF-nin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirərək görülən işləri təqdir edib.

Yaxın gələcəkdə bu layihələrin qloballaşdırılması və UWW ilə əməkdaşlıq çərçivəsində digər ölkələrdə də tətbiqinə şərait yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 18:10 Çək və bizə göndər!
28 Noyabr 08:40 Bu da "Xankəndi" - VİDEO