“YaaRa Tekstil”in təsisçisi və direktoru Yaqut Bayram şok video-müraciət yayıb. Ölkənin bu sahə üzrə tanınmış iş adamlarından olan xanım «Səbail»in həmtəsisçisi və prezidenti Mirzə Bayrampur tərəfindən aldadıldığını bildirib. O, adıçəkilən klub rəhbərininin sentybrda «YaaRa Tekstil» ilə müqavilə bağladığını diqqətə çatdırıb, qeyd edib ki, şirkət öz üzərinə düşən öhdəliyi yerinə yetirib. Di gəl, qarşı tərəf ötən müddətdə rəsmi kontraktda nəzərdə tutulan vəsaitin çox az bir hissəsini ödəyib, əsas vəsaiti isə köçürmür.
Y.Bayramın sözlərinə görə, problemin həlli üçün dəfələrlə M.Bayrampura müraciət edib, o isə müxtəlif vəd və bəhanələrlə bundan yayınır.
«YaaRa Tekstil»in təsisçisi və direktoru deyib ki, M.Bayrampur ümumi söhbət zamanı dəfələrlə Eldar Orucovun adını çəkib. SOCAR-ın İnsan Hüquqları Şöbəsinin müdirinin «Səbail»ə sponsorluq etdiyini, bu məqsədlə 2,5 milyon manat büdcə ayırdığını söyləyib.
İDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
