Azərbaycan millisinin kapitanı: “Şadam ki…”

07:30 Voleybol 959
Azərbaycan millisinin kapitanı: “Şadam ki…”

16 yaşadək oğlanlardan ibarət Azərbaycan voleybol millisinin kapitanı Əhməd Məmmədli Avropa çempionatının birinci təsnifat mərhələsində komandanın çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, voleybolçu bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb.

“Turniri qələbə ilə başa vurduğumuz üçün çox şadam. Bu münasibətlə bütün komanda yoldaşlarımı təbrik edirəm.

Turnirdə bizim üçün ən çətin qarşılaşma ilk oyun oldu. Həmin görüşdə komanda yoldaşlarımızdan birinin zədələnməsi kollektivə psixoloji cəhətdən mənfi təsir göstərdi.

Buna baxmayaraq, ruhdan düşmədik, toparlanaraq mübarizəmizi davam etdirdik. Qarşılaşdığımız rəqiblər kifayət qədər güclü komandalar idi.

Biz də hər oyunda sona qədər əzmlə mübarizə aparmağa, əlimizdən gələni etməyə çalışdıq. Əlbəttə, daha yaxşı nəticə qazanmaq istərdik, lakin düşünürəm ki, bu turnir bizim üçün yaxşı təcrübə oldu.

Bütün komanda yoldaşlarıma gələcək oyunlarda uğurlar arzulayıram”.

Noyabrın 19-22-də Latviyanın paytaxtı Riqada keçirilən turnirin B qrupunda mübarizə aparan Azərbaycan millisi ev sahibi Latviyaya 0:3, Finlandiyaya isə 1:3 hesabı ilə uduzub. Yığma beşinci yer uğrunda görüşdə Ukraynanı 3:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 18:10 Çək və bizə göndər!
28 Noyabr 08:40 Bu da "Xankəndi" - VİDEO
28 Noyabr 07:30 Məhsuldar heç-heçə