Xabi Alonso “Çelsi”nin baş məşqçisi vəzifəsində qalacaq.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, son matçlardakı uğursuz nəticələrə baxmayaraq, klub rəhbərliyi ispaniyalı mütəxəssisə dəstəyini davam etdirir.
“Çelsi” Alonsonun rəhbərliyi altında həyata keçirilən uzunmüddətli layihəyə inanır və vəziyyəti düzəltməsi üçün ona vaxt verməyə hazırdır.
London komandası son oyununda səfərdə “Nottingem Forest”ə 2:3 hesabı ilə məğlub olub. Bu nəticədən sonra komanda 16 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.
