İspaniyalı baş məşqçi Bakıya neçə ərəb qızı gətirəcək? - SİYAHI

08:50 Qadın futbolu 789
İspaniyalı baş məşqçi Bakıya neçə ərəb qızı gətirəcək? - SİYAHI

Səudiyyə Ərəbistanının qadınlardan ibarət milli komandasının Azərbaycanla keçiriləcək yoldaşlıq oyunları üçün heyəti müəyyənləşib.

Sportinfo.az Səudiyyə Ərəbistanı Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizdəki təlim-məşq toplanışına 24 oyunçu çağırılıb.

İspaniyalı baş məşqçi Luis Kortes milliyə aşağıdakı futbolçuları dəvət edib:

Qapıçılar: Sara Xalid, Mona Əbdürrəhman, Randa Əl-Əbdülqadir;

Müdafiəçilər: Bəyan Sadaqah, Lin Məhəmməd, Fəridə Hənəfi, Sara Əl-Həməd, Şuruq Əl-Həvsavi, Talah Əl-Qəmdi, Hala Xəşoqqi, Məcd Əl-Oteybi, Curi Haşim, Əsrar Əş-Şeybani;

Yarımmüdafiəçilər: Lana Əbdürrəzzaq, Məryəm Ət-Təmimi, Səba Təvfiq, Fatimə Mənsur, Mudi Əbdülmöhsen;

Hücumçular: Mübarəkə Əs-Səiyari, Əl-Bəndəri Mübarək, Səfa Zadadka, Fədva Xalid, Əmirə Əbu Əs-Səməh, M ənar Əl-Ənəzi.

Azərbaycan və Səudiyyə Ərəbistanı yığmaları dekabrın 2-də və 5-də Bayıl TMM-də iki yoldaşlıq oyunu keçirəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 18:10 Çək və bizə göndər!
28 Noyabr 08:40 Bu da "Xankəndi" - VİDEO