Uğursuz çıxış Mahir Emrelini dilə gətirdi, “instagram”da nə yazdı?

11:05 Bizimkilər 1 348
Uğursuz çıxış Mahir Emrelini dilə gətirdi, “instagram”da nə yazdı?

Azərbaycan millisinin və “Rakuv”un forvardı Mahir Emreli komandasının uğursuz çıxışı ilə bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, Polşa çempionatının 16-cı turunda “Piast”la ev oyununda (1:2) qol vuran 29 yaşlı hücumçu instaqram hesabında yazıb:

“İlin son ev oyunu. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik.

İndiyədək çətin mövsüm keçiririk. Amma klubda hər kəs – futbolçular, məşqçilər və digər əməkdaşlar vəziyyəti dəyişmək üçün əllərindən gələni edirlər.

Birlikdə çalışmağa və mübarizə aparmağa davam edirik. Xüsusilə çətin anlarda göstərdikləri inanılmaz dəstəyə və sədaqətə görə azarkeşlərimizə xüsusi təşəkkür edirəm.

Siz daha artığına layiqsiniz. Dəstəyinizi heç vaxt adi hal kimi qəbul etməyəcəyik.

Sonadək “Rakuv”!”

Çenstoxova təmsilçisi 15 xalla Polşa çempionatının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 18:10 Çək və bizə göndər!
28 Noyabr 08:40 Bu da "Xankəndi" - VİDEO
28 Noyabr 07:30 Məhsuldar heç-heçə