“Sabah”ın müdafiəçisi Eyden Makkartiyə dəstək olmaq üçün Cənubi Afrika Respublikasından (CAR) Azərbaycana qonaqlar gəliblər.
Sportinfo.az xəbər verir ki, futbolçunun həmyerliləri Azərbaycan Premyer Liqasının 13-cü turunda “Sabah”ın “Araz-Naxçıvan”la qarşılaşmasını tribunadan izləyiblər.
Makkarti görüşdən sonra vətəninin bayrağını açaraq qonaqları ilə xatirə şəkli çəkdirib.
“Minlərlə kilometr məsafə də dəstək üçün əngəl deyil”, - fotoya yazılan şərhdə qeyd olunub.

