“Sabah”ın braziliyalı yarımmüdafiəçisi Du Keyruş xarici görünüşünə görə dünya futbolunun ulduzlarından sayılan Rafinyaya bənzəyir.
Özü də bu oxşarlıqdan xəbərdardır və insanların onu tez-tez “Barselona”nın futbolçusu ilə səhv saldığını deyir.
Hətta braziliyalı futbolçu Dubayda istirahətdə olarkən küçədə ona yaxınlaşanların Rafinya deyə müraciət etməsi Du Keyruşu təəccübləndirib:
“Sabah”ın yarımmüdafiəçisi bu barədə “TNT Sports” telekanalına açıqlamasında danışıb:
“Bəli, bəli. Rafinya fiziki görünüşünə görə mənə çox oxşayır. İnsanlar da tez-tez bizi müqayisə edirlər.
Küçədə çox adam mənə yaxınlaşıb “Ay, Rafinya, Rafinya” deyir. Dubaya getmişdim, orada da çox adam məni Rafinyaya oxşadırdı.
Mən Rafinya deyiləm, o, böyük futbolçudur və çox yaxşı insandır.
“Sabah” - “Barselona” qarşılaşmasından sonra formasını mənə hədiyyə etdi.
Ona təşəkkür edirəm və karyerasında uğurlar arzulayıram”.
HƏBİB
