“Milan”ın hücumçusu Alfadjo Sisse İngiltərə Premyer Liqasına keçə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” və “Brayton” 20 yaşlı futbolçunu heyətinə qatmaqda maraqlıdır.
Hər iki klub hücumçunun “Milan”dakı çıxışını yaxından izləyir.
Sisse bu mövsüm İtaliya çempionatında 10 oyuna çıxıb və 6 qol vurub. Onun “Milan”la müqaviləsinin müddəti 30 iyun 2030-cu ilədək qüvvədədir.
“Transfermarkt” portalı futbolçunun transfer dəyərini 20 milyon avro qiymətləndirir.
