Azərbaycanın qadınlardan ibarət millisinin və “İmişli”nin yarımmüdafiəçisi Coşqunə Əliyeva təkcə yaşıl meydandakı çıxışı ilə diqqət çəkmir.
24 yaşlı futbolçu idman formasını qorumaq üçün fitneslə də müntəzəm məşğul olur. Eyni zamanda sosial şəbəkələrdəki fəallığı ilə seçilir.
Cazibədar bədən quruluşu ilə diqqət çəkən Coşqunənin “instagram” hesabında paylaşdığı səmimi fotolar izləyicilərin marağına səbəb olur. Onun paylaşımları, hətta xanım izləyicilər tərəfindən də bəyənilir.
Coşqunə son günlər fitnes zallarından və gündəlik həyatından çəkdiyi fotoları izləyiciləri ilə bölüşərək fiziki formasını nümayiş etdirib. Bununla yanaşı, ətrafdakıların fikrinin onun üçün önəm daşımadığına dair mesaj verib.
Əslən Mingəçevirdən olan futbolçu bir müddət əvvəl qalmaqalla gündəmə gəlmişdi.
Noyabrın 3-də “İmişli” ilə “Sumqayıt” komandaları arasında keçirilən oyunda Coşqunə Əliyeva rəqib futbolçu Lamiə Əlizadə ilə əlbəyaxa davaya çıxmışdı ki, olayın videogörüntüləri izləyicilər tərəfindən maraqla qarşılanmışdı.
Nəticədə İntizam Komitəsinin qərarı ilə hər iki futbolçu 3 oyunluq cəzalandırılmışdı.
Coşqunə Əliyevanın maraq doğuran fotolarını təqdim edirik.
HƏBİB / SPORTİNFO.AZ
