Nəriman "Fənərbaxça"ya qarşı oyunda ayağını meydana nasdı

01:50 Bizimkilər 36
Nəriman "Fənərbaxça"ya qarşı oyunda ayağını meydana nasdı

Türkiyə Superliqasında 13-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi "Erzurumspor" səfərdə "Fənərbaxça"nın qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Nəriman Axundzadə görüşün 81-ci dəqiqəsində meydana daxil olub.

Bu məğlubiyyətdən sonra 14 xalda qalan "Erzurumspor" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. "Fənərbaxça" isə 23 xalla 5-ci sıradadır.

"Fənərbaxça" - "Erzurumspor" 3:0
Qollar:
Oğuz Aydın, 53, Milan Şkriniar, 57, Meyson Qrinvud, 88

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 20:00 Çək və bizə göndər!