“Qəbələ” Şamaxıda yenə qol buraxdı - CANLI YAYIM

15:54 Premyerliqa 177
“Qəbələ” Şamaxıda yenə qol buraxdı - CANLI YAYIM

Misli Premyer Liqasında XIII turun növbəti görüşləri bu gün keçiriləcək.

Sportinfo.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk olaraq "Şamaxı" doğma meydanda "Qəbələ" ilə üz-üzə gələcək. Şamaxı şəhər stadionundakı matç saat 14:30-da start götürəcək.

Ev sahibləri 14 xalla yeddinci, qonaqlar 11 xalla doqquzuncu pillədə qərarlaşıb.

Günün ikinci duelində "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. "Azersun Arena"da təşkil olunacaq görüş saat 17:00-da başlanacaq.

Ağdam təmsilçisi 20 xalla dördüncü sıradadır. "Kimyaçılar" isə 10 xalla onuncu yerdədir.

Daha əvvəl baş tutan oyunlarda "Şəfa" "İmişli"yə (3:1), "Neftçi" "Zirə"yə (1:0), "Turan Tovuz" "Kəpəz"ə (2:1), "Sabah" isə "Araz-Naxçıvan"a (2:1) qalib gəlib.

14:30. "Şamaxı" – "Qəbələ" 1:0

Qollar: Ayman Bouali 11, Edqar Adilxanov 61

Qırmızı vərəqə: Səlahət Ağayev,47 ("Sumqayıt")

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Ruslan Quliyev.

VAR: Cavid Cəlilov.

AVAR: Kərim Zeynalov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Asif Əliyev.

Şamaxı şəhər stadionu

Şamaxı: 1. Rikardo Fernandes (k) 5. Emin Rüstəmov 97. Oruc Məmmədov 10. Edqar Adilxanov 25. Filipe Markes 13. Rikardo Apolinario 11. Ayman Bouali 3. Jota 19. Abdullahi Şuaybu 4. Rui Paşeko 52. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 96. Nicat Qaragözlü 14. Uğur Cahangirov 80. Həbib İsmayılov 2. Fariz Xeyrullayev 7. Emil Süleymanov 77. Okan Təhməzli 88. Hacıəli Şirəliyev 17. Sənan Muradlı 9. Tornike Axvlediani 8. Teşaqer Dequ 44. David Santos
Baş məşqçi: Azər Bağırov

Qəbələ: 1. Səlahət Ağayev (k) 4. Elvin Camalov 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 7. Bruno Silva 6. Xayme Syerra 16. İsaak Amoah 80. Meşak Uboçioma 3. Edson Eduardo
Ehtiyat oyunçular: 32. Artur Motta 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 21. Ziya Şəkərxanov 9. Karim Rossi 8. Endri Çekici 12. Kouya Mabea 5. Natan Monzanqo
Baş məşqçi: Yeton Bekiri

17:00. "Qarabağ" – "Sumqayıt"

Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Orxan İbişov, Nazim Abdullayev.

VAR: Əliyar Ağayev.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Elçin Məmmədov

"Azersun Arena"

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 18:10 Çək və bizə göndər!