“Neftçi”də qalıram - İcarəyə getməkdən İMTİNA ELƏDİ

18:35 Neftçi 1 287
“Neftçi”də qalıram - İcarəyə getməkdən İMTİNA ELƏDİ

Rza Cəfərov qış fasiləsində «Neftçi»ni tərk etməyəcək.

23 yaşlı qapıçı onu icarəyə götürmək istəyən klublara «yox» cavabı verib.

O. ən azı mövsümün sonunadək burada qalacağını bildirib.

Cəfərov hesab edir ki, öz üzərində işləməkdə davam eləsə, Yuri Vernidub ona da şans verəcək. Çünki baş məşqçi ruhdan düşməməyi, öz vaxtını gözləməyi Rzaya tapşırıb.

Adıçəkilən «əlcək sahibi» cari mövsümdə Premyer Liqada debüt fürsəti yaxalamayıb. Ukraynalı çalışdırıcı bu müdətdə Emil Balayevə güvənib.

Cəfərov bu ilin əvvəlini «Qəbələ»də keçirib. Bakılılarla kontraktını 1 il uzatmağa razılaşandan sonra 6 ay «qırmızı-qaralar»ın formasını geyinib və iyunda geri qayıdıb.

Hazırda “Neftçi”də iki qapıçı var. Sentyabrın əvvəlində müqaviləsini qarşılıqlı razılıq əsasında pozan Kenan Piriç isə Latviyaya yollanıb.

Bosniyalı qolkiper “Riqa”ya keçib. 32 yaşlı balkanlı bu klubla 1 illik müqavilə imzalayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti