"Sabah" onu İtaliyadan ger qaytardı, yenidən müqavilə bağladı

07:50 Basketbol 1 005
"Sabah" onu İtaliyadan ger qaytardı, yenidən müqavilə bağladı

ABŞ-dən olan basketbolçu Hassano Qravett "Sabah" klubuna qayıdıb.

Sportinfo.az xəbər verir ki, bu barədə ölkə çempionunun mətbuat xidməti məlumat yayıb.

Oyunçu ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Qravett daha əvvəl iki mövsüm "Sabah"ın formasını geyinib və komandanın əsas oyunçularından biri olub.

O, klubda çıxış etdiyi müddətdə iki dəfə Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünün MVP-si, bir dəfə isə final seriyasının MVP-si seçilib.

"Sabah"dan ayrıldıqdan sonra Qravett İtaliyanın "Cantu" klubunda çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 18:10 Çək və bizə göndər!
28 Noyabr 08:40 Bu da "Xankəndi" - VİDEO
28 Noyabr 07:30 Məhsuldar heç-heçə