Azərbaycanlı baş katib Roma Papası görüşdü - FOTO

07:40 Digər növlər 1 046
Azərbaycanlı baş katib Roma Papası görüşdü - FOTO

İtaliyanın paytaxtı Romada Velosiped Yarışları Təşkilatçılarının Beynəlxalq Assosiasiyasının (AIOCC) Baş Assambleyası keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) baş katibi Əli Məmmədov təmsil edib.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti David Lappartien, Velosiped Yarışları Təşkilatçılarının Beynəlxalq Assosiasiyasının prezidenti Xavyer Gilyen və İtaliya Velosiped Federasiyasının (FCI) prezidenti Kordiano Danyoni tədbir iştirakçılarını salamlayaraq Assambleyanın işinə uğurlar arzulayıblar.

Baş Assambleyanın əsas müzakirə mövzularından biri 2027-ci ildə keçiriləcək beynəlxalq velosiped yarışlarının təşkili və hazırlıq məsələləri olub.

Müzakirələr zamanı 9–13 may tarixlərində keçiriləcək 2.1 kateqoriyalı Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışına da toxunulub.

Assambleyada beynəlxalq yarışların təşkili zamanı qarşıya çıxan çətinliklər və onların həlli yolları, idmançıların və yarış iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, eləcə də uğurlu təşkilatçılıq təcrübəsinin digər ölkələrdə tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Assambleya iştirakçılarının Roma Papası XIV Leo ilə görüşü də olub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 18:10 Çək və bizə göndər!
28 Noyabr 08:40 Bu da "Xankəndi" - VİDEO
28 Noyabr 07:30 Məhsuldar heç-heçə