"Qarabağ" üçün "qara zolaq" davam edir.
Ağdam təmsilçisi ardıcıl 5 oyundu qələbə qazana bilmirsə, son 4 görüşdə qol vurmayıb.
Sonuncu dəfə belə halın nə vaxt yaşandığını xatırlamaq çətindir.
Bütün kollektiv prosesi durdurmağın yollarını axtarır.
Qarşıdan isə bu baxımdan kifayət qədər münasib rəqib gəlir.
"Köhlən atlar" 13-cü turda doğma divarlar arasında autsayderlərdən olan "Sumqayıt"ı qəbul edəcək.
Sportinfo.az-a açıqlamasında Bəhlul Mustafazadə "Uğursuzluğa son qoymaq üçün yaxşı fürsət saymaq olarmı" sualına cavab olaraq bunları deyib:
"Bütün rəqiblər yaxşı çıxış edir, yaxşı müdafiə oluna bilirlər.
Asan qələbə qazanmaq mümkün deyil. Necə olacağını deyə bilmərəm.
Maksimum qələbə üçün meydana çıxacağıq.
Bizim də əsas istəyimiz yaranmış mənfi tendensiyanı durdurmaqdır".
XANOĞLAN
-
