“Qarabağ”ın müdafiəçisi Cebrail Makreçkis zədələnib.
Sportinfo.az xəbər verir ki, o, Misli Premyer Liqasının 13-cü turunda “Sumqayıt”a qarşı keçirilən matçın (4:2) son dəqiqəsində xəsarət alıb.
Əzələsi dartılan 26 yaşlı latviyalı futbolçunun durumunun ciddi olduğu ehtimal edilir. Matç başa çatan kimi “Qarabağ”lı oyunçular komanda yoldaşlarına təsəlli verib.
Hələlik onun nə qədər müddətə sıradan çıxacağı bəlli deyil.
