Adı dillərə düşən hücumçu seçimi yarandı - Azərbaycan, yoxsa İtaliya yığmasında oynayacaq?

13:36 İtaliya 167
Adı dillərə düşən hücumçu seçimi yarandı - Azərbaycan, yoxsa İtaliya yığmasında oynayacaq?

“Sampdoriya”nın hücumçusu Lorenzo Mezzotero Azərbaycan millisinin formasını geyinməyə bilər.

Sportinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun İtaliya yığmasına çağırılmaq ehtimalı yaranıb.

Noyabrda millimizə çağırılan Mezzotero zədə səbəbindən debüt edə bilməyib. Bu isə italyanları ümidləndirib.

Onun B Seriyasının son 4 oyununda 4 qol vurması İtaliya millisinin skautlarının da diqqətini cəlb edib.

İtaliya Futbol Federasiyası gələcək vəd edən forvardın əldən çıxmaması üçün onu əsas milliyə dəvət edə bilər. Bu da Mezzoteronun millimizə çağırılmaması ilə nəticələnəcək.

Gənc forvard bu yaxınlarda “Sampdoriya” ilə 2030-cu ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb. Anlaşmaya əsasən, komanda A Seriyasına yüksələrsə, onun maaşı da artırılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 18:10 Çək və bizə göndər!