Fransalı sabiq futbolçu Erik Kantona 1990-cı illərdə çıxış etdiyi “Mançester Yunayted”də baş məşqçi Aleks Ferqyusonla münasibətlərindən danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq hücumçu Mançesterə gəldikdən sonra özünü necə hiss etdiyini və Ferqyusonun ona verdiyi azadlığın karyerasına təsirini belə ifadə edib:
“İnstinktlərinə güvənən insanam. Özümü nədənsə narahat hiss edirəmsə, oradan uzaqlaşıram. Əksinə, özümü rahat hiss edirəmsə, münasibət qurmağa çalışıram.
Mançesterə gələndə burada güclü bir enerji hiss etdim və düşündüm: “Bəlkə də, özümü göstərə biləcəyim yer məhz buradır”.
Aleks Ferqyusonun simasında ideal məşqçi tapdım. Çox şanslı idim, çünki o, mənə lazım olan azadlığı verdi. Məni o qədər yaxşı anlayırdı ki, potensialımı yüz faiz ortaya qoya bildim. O, böyük məşqçidir”.
Kantona 1997-ci ildə “Mançester Yunayted”dən ayrılıb.
