COP29

Rəşad Sadıqov açıq söhbət elədi - VİDEO

8 Dekabr 2024 03:10 Zirə 822
Rəşad Sadıqov açıq söhbət elədi - VİDEO

"Keçənilki kimi yenə də bizə 1/8 finalda ən arzuolunmaz rəqiblərdən biri düşmüşdü".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunundan sonra keçirilən mətbuat kofransında deyib.

O, "Şamaxı"nı 3:1 hesabı ilə məğlub etdikləri qarşılaşmanı şərh edib:

"Rəqib komandanın baş məşqçisi həmişə kuboka önəm verir, son 5-6 ildə 2 dəfə final oynayıb. Bilirdik ki, oyun bizim üçün çətin keçəcək.

Amma matça çox yaxşı başladıq və hesabda 2:0 önə keçdik. Ondan sonra da bir neçə təhlükəli hücumumuz var idi.

Üçüncü qolu vurub oyuna daha rahat davam edə bilərdik. Həmin dəqiqələrdə rəqib yaxşı hücum qurub hesab arasındakı fərqi azaltdı.

Bilirdik ki, ikinci hissə çətin olacaq. Şükürlər olsun ki, ikinci yarıya da yaxşı başladıq.

"Şamaxı" xarakterli komandadır, sona qədər mübarizə apardılar. Bu period üçün olduqca vacib qələbə qazandıq.

Son matçla müqayisədə əsas heyətdə 7 fərqli futbolçu var idi. Mən futbolçular arasında fərq qoymuram.

Mənim üçün hər biri aparıcı oyunçudur. Bütün fikrimiz bu matçda idi".

Digər Xəbərlər
Xəbər Lenti