“Bu dəqiqə bütün komandalar bir-birinə yaxındır və hamının içində narahatlıq var”.
“Zirə”nin kapitanı Qismət Alıyev Sportinfo.az-a açıqlamasında belə deyib.
Avrokuboklara iddialılardan biri də “qartallar”dır. 24 tura 35 xal toplayan qəsəbə təmsilçisi liderlər qrupunda yer alıb.
Hədəflər barədə danışan yarımmüdafiəçi bunları söyləyib: “Mövsümün əvvəlində birinci pillədə idik, sonra ikinci sıraya düşdük, İçimdə mövsümü medalsız, avrokuboklara vəsiqəsiz başa vurmaq qorxusu varmı? İkincci pillədəki “Sumqayıt”la səkkizinci yerdəki “Turan Tovuz”u bir-birindən cəmi 6 xal ayırır. Bir-iki qələbə hər şeyi kökündən dəyişə bilər. Ona görə deyirəm ki, hər şey öz əlimizdədir. Bu dəqiqə heç bir komanda rahat qələbə qazana bilmir. Oyunlara baxırsız, gərginliyi görürsüz”.