Premyer Liqamızda "matçbaşı" şərti ilə oynayan əcnəbi kimdir? - FOTO

7 Fevral 16:40 Zirə 1 285
Premyer Liqamızda "matçbaşı" şərti ilə oynayan əcnəbi kimdir? - FOTO

2021-ci ildən “Zirə”nin sıralarında olan Filipe Paxtmann ümidləri doğrultmur.

23 yaşlı hücumçu 3 il ərzində vaxtının böyük hissəsini zədələrə həsr edib.

Müalicə alır, sağalır, sıraya qayıdır, zədələnir və yenə eyni proses davam edir.

Braziliyalı “qartallar”ın düşərgəsində olduğu müddətdə vur-tut 23 oyunda şans qazanıb və cəmi 3 qolla yadda qalıb.

Bəs, Rəşad Sadıqovun onu saxlamasında marağı nədir? Komandaya fayda verməyən, zədəyə meyilli futbolçu niyə yola salınmır? Ona verilən maaş pulları havaya sovurmaq anlamını vermirmi?

Azərbaycan klubu 2 hücumçusu ilə "vidalaşdı" - Biri 6-7, digəri 2 ay oynamayacaq

Kiçik araşdırmadan sonra məlum oldur ki, “Zirə”nin Paxtmann sevdasının arxasında dayanan sirr müqavilə şərtindəki bənddir.

Sən demə, braziliyalı ölkəmizdə aylıq maaşa yox, oyunbaşı qonorara oynayır. Yəni zədəlidirsə, müalicə alırsa, ona pul düşmür.

Pulun üzünü ancaq və ancaq meydana çıxanda görə bilər. Hə, bir də adı iştirak ərizəsinə salınanda və o, ehtiyatda qalanda komandaya düşən mükafatın müəyyən hissəsindən pay qazanır.

Klubun təklif etdiyi şərtlə razılaşıb və bugünkü durumunda razıdır. Oynayanda qazanır, oynamayanda yox.

Açığı, Azərbaycan Premyer Liqasında ikinci belə futbolçunun olduğuna inanmaq çətindir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti