Ukrayna millisinin sabiq hücumçusunu Azərbaycanda üzən nədir? - ÖZÜ AÇIQLADI

12 Noyabr 2023 21:20 Zirə 679
Ukrayna millisinin sabiq hücumçusunu Azərbaycanda üzən nədir? - ÖZÜ AÇIQLADI

"Zirə"nin forvardı Vladislav Kulaç azərbaycanlı sürücülər barədə maraqlı fikirlərlə yadda qalıb.

Bu barədə "CBC Sport" kanalına danışan təcrübəli forvard heç də həmyerlilərimiz barədə müsbət sözlər səsləndirməyib.

Onun narazılığını olduğu kimi sizə təqdim edirik:

"Mən həqiqəti demək istərdim. Amma azərbaycanlıların məni doğru başa düşməsini istəyirəm.

Bu, hər kəsə aid deyil, ancaq elə insanlar var ki, hər zaman haqlı olduqların düşünürlər. Məsələn, yolda sənin maşının yolunu 5 saniyədə iki dəfə kəsirlər və sonra isə günahı səndə görürlər.

Yeni gələndə 10 gün taksidən istifadə edirdim. Az qala dəli olacaqdım. Mənə deyirdilər ki, maşın götürmə. Mən isə sükan arxasında olmağı sevirəm.

Təxminən iki günə uyğunlaşdım. Qərar verdim ki, əsəbiləşmək lazım deyil. Yola çıxdılar-çıxmadılar yola davam etmək lazımdır. Onlar siqnal verəndə sən də siqnal et.

Əsas əsəbiləşməməkdir, yoxsa iki günə insanın başı qazana dönər. Sürücülük tərzi belədir, neyləmək olar? Mən bu ölkəyə qonaq gəlmişəm. Ona görədə buradakı insanların qaydalarına uyğunlaşmalıyam. Və artıq uyğunlaşmışam".

Ötən mövsümün qış fasiləsində "Zirə"yə transfer olunan ukraynalı legioner meydana çıxdığı 18 matçda 4 qol və 1 assitlə yadda qalıb.

Ukrayna millisinin sabiq üzvünün son klubu yerli “Dinamo” (Kiyev) olub.

O, həmçinin ölkəsinin “Şaxtyor” (Donetsk), “Mariupol”, “Metallurq” (Zaporojye), “Stal”, “Zorya”, “Vorskla”, “Oleksandriya”, həmçinin, Türkiyənin “Eskişehirspor” və Macarıstanın “Honved” klublarında çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!