İlkin, Təmkin, Anar…

16 May 2023 01:50 Zirə 847
İlkin, Təmkin, Anar…

"Zirə"nin qapıçısı Anar Nəzirov paytaxt təmsilçisinin heyətində Azərbaycan çempionatında 100-cü oyununu keçirib.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı qolkiperin yubileyi Premyer Liqanın 34-cü turuna təsadüf edib.

O, “Kəpəz”lə ev matçında (1:1) 90 dəqiqə meydanda olub. Nəzirov klub tarixinə Premyer Liqada 100 və daha çox görüşdə iştirak edən 3-cü futbolçu kimi düşüb.

Onadək yalnız İlkin Muradovla (114) Təmkin Xəlilzadə (102) buna nail olub.

2015-2019-cu illərdə “Zirə”nin formasını geyinən oyunçu 2021-ci ildə yenidən komandaya qayıdıb. O, bu matçlarda 111 qol buraxıb.

Anar Nəzirov “qartallar”ın heyətindəki ilk çempionat qarşılaşması 2015-ci il avqustun 9-da baş tutub. “Zirə” Premyer Liqadakı debüt görüşündə AZAL-a 1:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!