Rəşad Sadıqov kordioloqa müraciət edib, ya yox?

5 Mart 11:20 Zirə 564
Rəşad Sadıqov kordioloqa müraciət edib, ya yox?

Bu minvalla «Zirə»də çox dəyişikliklər olacaq.

Gözləyin, belə bir xəbəri alacaq, eşidəcəyik.

Olmaz belə.

Nədirsə, xətalar bitmək və tükənmək bilmir. Bir olar, beş olar, on olmaz artıq.

«Zirə»li müdafiəçilərin yol verdiyi səhvləri yığıb-yığışdırmaq ürək və səbr istər. Doğrudan da, faciəvi haldır, dözülməzdir.

Xəbəriniz yoxdur, Rəşad Sadıqov kordioloqa müraciət edib, ya yox?Arxa xətti etibar etdiyi yerli və əcnəbilərin durmadan yanlışları sapa düzməsinə ürəkmi dözər? Gümanım gəlmir.

Bu komandanın iki «düşmən»i var. Biri hakimlərdir. Çəkinmədən söyləyirəm bunu.

Üç ildir həqiqi işi ədaləti qorumaq olanlar «Zirə»yə münasibətdə həqiqətən ədalətsizlik etməkdədir. Gördüyümüzü görmüşük və görürük.

Bu komandaya bir də qurşaqdan aşağı zərbə endirənlər var. Qapının toxunulmazlığına məsul olanları deyirəm.

Elə həftə olmur ki, mən onlardan danışmayım, irad bildirməyim. Şübhə eləmirəm ki, eyni sözləri Sadıqovun özü də müdafiə zonasının adamlarına söyləyir. Çi fayda!

«Zirə» avrokuboklara getsə də, getməsə də, bu oyunçuların hamısı yola salınmalıdır.

«Şamaxı»ya iki dəfə qol sevinci yaşadan müdafiəçilərə mən mükafat verərdim. «Qızıl unitaz» mükafatı.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti