"Zirə" “Sportinfo”nun yaydığı xəbəri təsdiqlədi - Portuqaliya və Türkiyədən transferlər!

16 Avqust 2022 19:00 Zirə 1 479
"Zirə" “Sportinfo”nun yaydığı xəbəri təsdiqlədi - Portuqaliya və Türkiyədən transferlər!

Təmkin Xəlilzadə və İlkin Muradovu dünən transferə çıxaran "Zirə" bu gün heyətinə iki yeni legioner cəlb edib.

"Qartallar" Andriya Lukoviç və Toni Korreya Qomeslə 2 illik müqavilə imzalayıb.

27 yaşlı Lukoviçin transferi haqda ilk xəbəri Sportinfo.az yayıb (https://www.sportinfo.az/idman_xeberleri/zire/147160.html).

Son klubu Portuqaliya “Belenenseş”i olan serbiyalı yarımmüdafiəçi 10 min dollar civarında əməkhaqqı alacaq.

O, daha əvvəl ölkəsinin "Rad", "Bask", "Srvena Zvezda", "Vojdovaç", Polşanın "Rakuv", Portuqaliyanın "Famalikan" klublarında çıxış edib.

23 yaşlı Qomesin son klubu Türkiyə “Menemenspor”u olub. Portuqaliyalı hücumçu daha əvvəl ölkəsinin “Arouka”, Misirin “Haras El-Hadud”, “Tala El-Qaiş”, İngiltərənin “Forest Qrin Rovers” klublarında çıxış edib.

Bir 1 kişi ve yazı görseli olabilir

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 18:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 03:40 Vüsal əməliyyat edildi