Rəşad Sadıqov cəld tərpənməsə idi…

29 İyul 2022 21:00 Zirə 1 437
Rəşad Sadıqov cəld tərpənməsə idi…

Mərdəkandakı məlum hadisədən (0:3) sonra aydın idi ki, «Zirə»nin avrokuboklar dəftəri ortadan bağlanıb.

Təl-Əvivdəki qarşılaşmanı izləmək bu üzdən çətin gəldi mənə.

Açığı, «Makkabi»nin daha bir böyükhesablı qələbə qazanacağına gümanım daha çox idi. “Blumfild”in qolsuz heç-heçəyə səhnə olacağını gözləmirdim.

«Zirə» təəccübləndirdi. Rəşad Sadıqov düz deyirmiş. Komandası həqiqətən Mərdəkandakı hesabı oyunu unudaraq, həmin səhvlərdən nəticə çıxararaq mübarizə apardı.

Kompakt və səliqəli mücadiləsi ilə «Makkabi»ni nizamıinı pozdular. İsraillər üçün fərqli bir sssenari oldu bu. Hazır deyildilər buna.

Düzdür, «Makkabi» yenə qol epizodları yaratdı, Mehdi Cənnətovu 2-3 dəfə ciddi narahat etdi. Amma bu təzyiqi bütün oyuna, meydanın hər sahəsinə yaya bilmədilər.

Erkən qollar vurub, daha bir asan qalibiyyət əldə edəcəklərinə o qədər əmin idilər ki… Özü də bunu sakitcə və gəzə-gəzə, temp verməyərək bacaracaqlarına l dərəcədə arxayın idilər ki…

Vladimir İviç oyunboyu çox çalışdı ki, məcranı dəyişsin. Rəşad Sadıqov taktiki planda ondan da cəld tərpəndi: öncə futbolçularını psixoloji basqıdan azad etdi, ardınca qabaqlayıcı tədbirlərlə xorvatiyalı həmkarını 0:0-la barışdırdı.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"