"Zirə"nin ilk yoxlaması

27 İyun 2022 19:20 Zirə 751
"Zirə"nin ilk yoxlaması

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə"nin ilk yoxlama oyununun vaxtı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, "qartallar"ın Rumıniyanın I Liqasında çıxış edən "Hermanştadt"ilə matçı iyunun 29-da keçiriləcək.

Görüşün başlama saatı bəlli deyil.

Paytaxt təmsilçisi 2 həftəlik toplanış dövründə ümumilikdə, 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Digər rəqibin kimliyi hələlik bilinmir.

"Zirə" Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə qarşılaşacaq. Komandalar arasında ilk görüş iyulun 21-də Bakıda "Dalğa Arena"da oynanılacaq.

Qarşılaşma saat 20:00-da start götürəcək. İyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunacaq cavab oyunu isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!