“Zirə”ni bəyənirəm, çox istərdim ki, avrokuboklara vəsiqə qazansınlar”

14 May 2022 21:20 Zirə 795
“Zirə”ni bəyənirəm, çox istərdim ki, avrokuboklara vəsiqə qazansınlar”

“Qarabağ”la “Neftçi” avrokuboklara vəsiqənı təmin etsə də, sonuncu 2 yer uğrunda 3 komanda mübarizə aparır.

Çempionatın son 2 həftəsinin hansı gərginlik altında keçəcəyini indidən təxmin etmək çətin deyil.

Amansız mübarizənin sonunda “Zirə”, “Qəbələ” və “Sabah”dan biri avrokuboklara vəsiqədən kənarda qalacaq.

Mövzu ilə bağlı Sportinfo.az-a açıqlama verən tanınmış sabiq futbolçu, hazırda məşqçiliklə məşğul olan Vaqif Cavadov 3 komandanın şanslarını dəyərləndirib:

“Zirə”nin cari mövsümdəki çıxışını bəyənirəm. Əsas olan sabitlikdir ki, bu da onlarda var. Bəzi oyunları məğlub başa vurmaları normaldır.

Çox istərdim ki, yayda ölkəmizi avrokuboklarda təmsil edəcək komandalardan biri “Zirə” olsun.

Məşqçi dəyişikliyindən sonra “Sabah”da aşkar irəliləyiş müşahidə olunur. Nəticələri kənara qoyuram, komandanın sərgilədiyi futbol xoşuma gəlir.

Maraqlı, məzmunlu, kombinasiyalı futbol oynayırlar. Murad Musayevin işi göz qabağındadır.

“Qəbələ”yə gəlincə, qış fasiləsindən sonra komandada eniş müşahidə olunurdu. Fikrimcə, “Neftçi”ylə oyun onlar üçün həlledici idi.

Məğlub olsaydılar, avrokubok məsələsinə böyük ölçüdə aydınlıq gələcəkdi.

Lakin “Neftçi” kimi güclü rəqib üzərində əldən olunan qalibiyyət vəziyyəti kökündən dəyişdi. Vu bir daha avrokuboklara yollanmağa layiq olduqlarını ortaya qoydular".

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı