"Zirə"nin fəxri prezidentindən futbolçulara BÖYÜK JEST

1 May 2022 21:20 Zirə 1 384
"Zirə"nin fəxri prezidentindən futbolçulara BÖYÜK JEST

«Zirə»nin fəxri prezidenti Orxan Məmmədov futbolçuların sevincinə sevinc qatıb.

O, tarixində ilk dəfə ölkə kubokunun finalına vəsiqə qazanan komanda üzvlərinin mükafatını xeyli artırıb.

Yarımfinal mərhələsində «Neftçi» üzərində əldə olunan qələbə münasibətilə kollektivlə görüşən O.Məmmədov onlardan nə istədiklərini soruşub.

Oyunçulardan «5000 manat mükafat gözləyirik» sözünü eşidən fəxri prezident «yaxşı» cavabını verib.

O, mayın 27-də «Qarabağ»la keçiriləcək final qarşılaşmasında da komandadan qələbə gözlədiyini bildirib.

SPORTİNFO.AZ

Xəbər Lenti