Paytaxt klubunun zədəli əcnəbisinin Serbiyada günü necə keçir?

28 Yanvar 2022 19:40 Zirə 685
Paytaxt klubunun zədəli əcnəbisinin Serbiyada günü necə keçir?

"Zirə"nin zədəli legioneri Nemanya Andelkoviç hələ də vətənindədir.

24 yaşlı müdafiəçi Serbiyada bərpa mərhələsini davam etdirir.

Futbolçunun hələki günü fitnes zallarında keçir. Yaşıl meydanlara qayıdış isə yaxın zamanda gözlənilmir.

Ümumiyyətlə, əcnəbi oyunçu qarşıdakı 1.5 ayı da vətənin də keçirə bilər. Onun paytaxt klubunda məşqlərə başlamasına isə təxminən 2-2.5 ay lazımdır.

Serbiyalı oyunçu Premyer Liqanın 13-cü turu çərçivəsində "Qəbələ" ilə baş tutan görüşdə ciddi zədə almışdı. O, bu səbəbdən ölkəsində ayağından əməliyyat olunmuşdu.

Nemanya bu mövsüm "Zirə" formasında 11 qarşılaşmada iştirak edib və 2 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu