"Sent Etyen"in sabiq yarımmüdafiəçisi Azərbaycan klubunda

27 Yanvar 2022 00:30 Zirə 665
"Sent Etyen"in sabiq yarımmüdafiəçisi Azərbaycan klubunda

"Zirə" heyətini yeni legiobnerlə gücləndirib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi Hamidu Keyta ilə 1,5 illik müqavilə bağlanıb.

28 yaşlı oyunçu daha əvvəl ölkəsinin "Oser", "Havr", “Trelissak”, “Sent Etyen”, “Şambli”, Rumıniyanın “Dunerya”, “Farul” və “Botoşoni” klublarında çıxış edib.

Keyta son olaraq Portuqaliya “Santa Klara”sının formasını geyinib.

«Oser»in yetirməsi 2014-cü ildə peşəkar futbol karyerasına başlayıb. Adıçəkilən klubun B komandasına yüksələn Keyta daha sonra «Havr»a üz tutub.

2015-ci ildən buradan ayrılıb və «Trellisar»a keçib. Növbəti 2 mövsümdə isə «Sent Etyen»in uğurları üçün tər töküb.

2017-2018-ci illərdə «Şambli»nin yolunu tutub. Ardınca Rumıniyadan dəvət alıb və «Kalaraşi» ilə müqavilə bağlayıb.

2019-2021-ci il aralığında «Botaşani»yə xidmət edib. Ötən ilin yayınla da buranı «Sana Klara»ya dəyişib.

Xəbər Lenti