"Zirə" Antalyadan 1:1-lə dönür

24 Yanvar 2022 19:16 Zirə 595
"Zirə" Antalyadan 1:1-lə dönür

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" sonuncu yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, "qartallar" Şimali Makedoniyanın "Breqalnitsa" kollektivi ilə görüşüb.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Paytaxt klubunun heyətində qolu 13-cü dəqiqədə Davit Volkov vurub.

"Zirə" Antalyadakı ilk yoxlama matçında Macarıstan "Zeç"inə 3:5 hesabı ilə məğlub olubsa, Polşanın "Qurnik" (Leçna) komandası ilə bərabərə qalıb - 2:2.

Digər Xəbərlər
Xəbər Lenti