Azərbaycan klubu legioneri ilə müqaviləyə xitam verdi

24 Noyabr 2021 09:40 Zirə 1 504
Azərbaycan klubu legioneri ilə müqaviləyə xitam verdi

"Zirə"də gözlənilməz ayrılıq baş verib.

Sportinfo.az-ın məlumatına görə, qəsəbə klubu Georgi Stoilovla vidalaşıb.

"Qartallar" yayda heyətinə qatdığı şimali makedoniyalı legionerlə 2+1 illik müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

25 yaşlı yarımmüdafiəçinin son klubu “Akademiya Pandev” olub. O, daha əvvəl ölkəsində “Horizont Turnovo”da da çıxış edib.

Həmçinin Şimali Makedoniya yığmasında 2 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?