Nə «Qarabağ», nə «Neftçi», nə də başqaları.

17 Oktyabr 2021 21:00 Zirə 889
Nə «Qarabağ», nə «Neftçi», nə də başqaları.

Hamı eyni rəydə ola bilməz. Düşüncələrin müxtəlif olması təbii haldır.

Əsas odur, müəyyən hədəfə çatmağı qarşısına məqsəd qoyan və bu məsuliyyətə üstlənən zat səbrli davransın, ruh atından tez düşməsin, nə sağa boylansın, nə sola, bildiyi yolla getsin.

Rəşad Sadıqovda bu var. Təmkinin sərhədlərini tanıyaraq, bir yol gəlir və bu yolla da «Zirə»ni öz xasiyyətinə, xarakterinə, tipinə uyğunlaşdıırır.

Əlbəttə, bu, çətin maneələrdən keçmək deməkdir, dözmək deməkdir, müqavimət göstərmək deməkdir. «Zirə» hər ötən tur Sadııqovun imajıına daha çox yaxınlaşır, bənzəyir.

İndi daha istəkli, daha inamlı, daha iddialı oynayırlar. İlk həftələrdəkinin bir baş üstünə çıxmış futbol sərgiləyən bir «Zirə» izləməkdəyik.

Oyun intizamını qoruyan, sistemləşmiş bir üslubu olan komandaya tamaşa etmək həqiqətən maraqlıdır. Çün gözü yormur, darıxdırmırlar. Qəbələdən xal aparmaq müşküldür.

«Zirə» ilk dövrənin yeganə komandası oldu ki, oyunun böyük bölümündə «Qəbələ»ni bütün parametrlər üzrə «zərərsizləşdirdi». Onlaradək bunu bacaran olmamışdıı. Nə «Qarabağ», nə «Neftçi», nə də başqaları.

Ağır meydança «Zirə»ni ikinci hissənin ortasıından etibarən yormağa başladı, əks təqdirdə, qələbə də onların olacaqdı.

Ön xətdə çoxalmağa taqətləri qalmadı, yenicə «döyüş»ə atılmış Ağabala Ramazanov da tez gözdən itdi, rəqibin müdafiəçisi Murad Musayevə sarı vərəqə aldırmaqdan savayı nə iləsə diqqət mərkəzinə düşmədi.

1:1 dağlar qoynunda keçirilən oyunun sümüyünə düşən hesabdır. «Zirə»yə qışda 1-2 yeni legioner lazım olacaq. Yarımmüdafiə və hücum xətti üçün.

Rəşad Sadıqov keyfiyyətinə şübhə etmədiyi əcnəbi futbolçuları tapa bilsə, «Zirə» avrokubok trasında sürət yığacaq hazır maşina çevriləcək. Sür və get.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti