Rəşad Sadıqov istəyir ki… "Mən buna görə problem yaşamıram" - VİDEO

19 Sentyabr 09:20 Zirə 404
Rəşad Sadıqov istəyir ki… "Mən buna görə problem yaşamıram"  - VİDEO

Premyer Liqanın 4-cü turunda evdə "Sabah"la 1:1 hesablı heç-heçə edən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, o, öncə bunları deyib:

- Futbolçularımı göstərdikləri oyuna görə təbrik edirəm, alınlarından öpürəm.

- Düşünmürsünüz ki, bu həftə AFFA-nın saytında Fritz Ştuxlikin bugünkü epizod və VAR sistemi ilə bağlı açıqlaması olacaq?
- İndi təzə mövzu VAR-dı. Bilmirəm.

- 70-ci dəqiqədən sonra komanda müdafiədə boşluqlar verirdi.
- Qol imkanı vermirdik. Rəqib hesabda geridə idi, böyük qüvvə ilə irəli atılmışdı. Bu, gözlənilən idi.

- 90 dəqiqə planlaşdırdığınız kimi getdi?
- Biz daha çox oyuna nəzarət edirdik. 55-60-cı dəqiqəyə görə oyun tam bizim nəzarətdə idi. Daha sonra ağıllı müdafiə olunduq, rəqibi əks-hücumlarda tuturduq. Amma 90 dəqiqə hücumda olmaq olmur. Ümumilikdə oyundan razı qaldm. Bu il keçirdiyimiz ən dinamik, sürətli oyun idi.

- Təmkin Xəlilzadəni sarı vərəqə alarkən uşaq kimi danladız. Bunun səbəbi nə idi?
- Hamımız bilirik ki, Təmkin emosional oyunçudu. İkinci sarı vərəqə almaması üçün dərhal emosiyasını boğmağa çalışdım.

- Samir Abasov limitlə bağlı dediklərinə münasibətiniz necədi?
- Limitə görə problem yaşamıram. Mən də limitin dəyişdirilməsinin tərəfdarıyam. Amma bunun üçün komanda sayı artırılmalıdır. Mən bunu ilin əvvəli Məşqçilər Komitəsinə təklif etmişəm. Kollektiv şəkildə müzakirə etmək lazımdı. "Neftçi", "Qarabağ" kimi komandalar təklif irəli sürürsə, bu, mütləq müzakirəyə çıxmalıdı. Çünki bu komandalar ölkə futbolunun yükünü çiyinlərində daşıyır. Amma bu, mövsümün əvvəlində olmalıdı. Çünki heyəti bu limitə görə qurmuşuq. Limitin ləğv olunmasının milliyə zərəri olduğunu düşünmürəm. Bu məsələni nəzərdən keçirmək olar.

- Üz ifadənizdən hiss olunur ki, hansısa epizod sizə təsir edib. Bununla bağlı nə deyə bilərsiz?
- Hakim səhvlərindən danışmaq ən xoşlamadığım şeydi. Amma elə epizodlar olur ki, nəticəyə təsir edir. Bu gün 10-11 xalımız ola bilərdi. Künc zərbəsi zamanı oyunçu ilə toqquşma zamanı top Mehdinin əlində idi. Aydın görünr ki, nəsə onu itələyib. Məyus olmamaq mümkün deyil.

- Qapıçı seçiminiz genişdi. Rotasiya etməyi düşünürsüz?
- Hə iki qapıçıya inanıram. Hər an qapıda Anarı və ya Mehdini görə bilərik. Amma bu səhvlərlə bağlı deyil. İki yaxşı qapıçın varsa, ikisini də tonusda saxlamalısan. Rəqibə, hazırlığa uyğun fərqli qərar verə bilərik.

Xəbər Lenti
20 Oktyabr 23:00 Bu, "Qarabağ"a yaraşmadı
20 Oktyabr 17:40 Rahat yat, qardaş!
20 Oktyabr 16:00 Samir Abasovun Kane israrı