Rəşad Sadıqov "Qarabağ"dan danışdı, "bu, bir fürsətdir" dedi

4 Sentyabr 2021 22:20 Zirə 782
Rəşad Sadıqov "Qarabağ"dan danışdı, "bu, bir fürsətdir" dedi

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, o, 1:1 hesabı ilə bitən matçla bağlı deyib:

“Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edib, yoxlama oyunu keçirdik. "Qarabağ"a qarşı oynamaq həmişə inkişaf etmək üçün bir fürsətdir.

Rəqibin heyətində yüksək səviyyəli futbolçular var. Tam fərqli, sürətli oynayırlar. Ümumilikdə yaxşı oyun keçdi.

Əsas məqsəd yaranan fasilədə oyun prakikasını yaxşılaşdırmaq və futbolçuları yükləmək idi.

Futbolçulara ayrı-ayrılıqda 60, 70 və 80 dəqiqə oynamaq imkanı yaratdıq. Bir-iki günlük istirahətdən sonra çempionat oyunlarına hazırlaşacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"