"Bu xəstəliklə oynamamalıyıq, çünki ölümə səbəb olur"

26 Mart 2021 10:40 Zirə 928
"Bu xəstəliklə oynamamalıyıq, çünki ölümə səbəb olur"

"Azərbaycanda demək olar hər yer açıqdır.

Amma restoran və bank kimi qapalı məkanlarda qaydalara əməl etməli və məsafə saxlamalıyıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Tribunaexpresso" nəşrinə müsahibəsində "Zirə"nin futbolçusu Riçard Almeyda deyib.

Martın 20-də 32 yaşı tamam olan yarımmüdafiəçi doğum gününü ailəsi və komanda yoldaşları ilə birlikdə qeyd etdiyini bildirib. Almeyda ölkədə koronavirusla bağlı vəziyyətin Portuqaliyadakı duruma bənzədiyini söyləyib:

"Məncə, yoluxmuş insanların sayı gündəlik 700 civarındadır. 10 milyon əhaliyə malik ölkə olduğundan, virusla bağlı vəziyyəti idarə etməyi bacarırlar.

Bu xəstəliklə oynamamalıyıq, çünki ölümə səbəb olur. Yalnız burada deyil, bütün dünyada bir çox insan vəfat edir. Braziliyada isə daha çox insan dünyasını dəyişir.

Burada vəziyyətə nəzarət etməyi bacardılar. Ölkəyə peyvən də gəlib, ilk olaraq daha yaşlı şəxslər peyvəndlənir. Daha sonra sıra gənclərə də çatacaq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"