"Azərbaycan millisindən gələn təklifi qəbul etmək üçün pul almadım"

25 Mart 2021 14:20 Zirə 1 260
"Azərbaycan millisindən gələn təklifi qəbul etmək üçün pul almadım"

"Bu ölkənin vətəndaşı olmağı qəbul etdim".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Tribunaexpresso" nəşrinə müsahibəsində "Zirə"nin futbolçusu Riçard Almeyda deyib.

Azərbaycan yığmasının da formasını geyinən braziliyalı yarımmüdafiəçi milli seçimi ilə bağlı bunları söyləyib:

"Bunun üçün pul almadım. Çünki yığmada oynamağı ürəkdən istəyirdim və beynəlxalq oyunlarda ölkəni təmsil etdim".

Azərbaycan millisinin heyətində 22 oyunda 3 dəfə fərqlənən Riçard Almeyda 2012 - 2018-ci illərdə və 2019-cu ildə "Qarabağ"ın formasını geyinib. O, 2020-ci ilin oktyabrında "Zirə" ilə müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!