Genilson Ventura Mendes de Oliveyra karyerasını Azərbaycanda davam etdirə bilər.
Bunu “Yuventude”nin sabiq müdafiəçisinin meneceri Renan Vieyra deyib.
Agent “Yuventude”dən yenicə ayrılan 30 yaşlı mərkəz müdafiəçisinin bir neçə variantının olduğunu etiraf edib.
Onlar Azərbaycan, Qazaxıstan, həmçinin Braziliyanın B seriyasıdır: “Xarici bazardan maraq var. Variantları təhlil etmək üçün bəzi təmasları gözləyirik.
Genilsonun adı Braziliya B seriyasındakı bəzi klubların da gündəmindədir və onlar futbolçunun xidmətində maraqlıdırlar. Tezliklə yekun qərarımızı verəcəyik”.
Genilson karyerası ərzində yalnız Braziliyada çıxış edib. İndi onun adı daha çox ”Zirə” ilə yanaşı hallanır. İddia olunur ki, cənubi amerikalı tezliklə ”qartallar”la 1+1 illik müqavilə imzalayacaq.
Lakin klubdan bunu Sportinfo.az-a təsdiq etməyiblər. Redaksiyamız bildirilib ki, adıçəkilən legioner transfer planlarına daxil deyil.

