Rəşad Sadıqov: "Bu məqamı çox qabartmaq istəmirəm"

19 Mart 2021 16:20 Zirə 708
Rəşad Sadıqov: "Bu məqamı çox qabartmaq istəmirəm"

"Bizdə də hakimlərlə bağlı narazılıqlar var".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova məxsusdur.

Bu mövsümdə Premyer Liqada debüt mövsümünü keçirən gənc mütəxəssis hakim idarəçiliyindən narazılığını gizlətməyib:

"Oyunlarımızda nəticəyə təsir edən səhvlər olub. Amma bu məqamı çox qabartmaq istəmirəm. Onlar da insandır.

Əsas odur, biz hiss etməyək ki, burada qərəz var. Mən hakimlərlə bağlı danışsam, futbolçularıma da mənfi təsir edəcək. Sabah onlar da meydanda hər epizoda reaksiya verəcək, ruhdan düşəcəklər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti