"Zirə"dən 2 yeni xəbər var

16 Mart 2021 16:00 Zirə 2 116
"Zirə"dən 2 yeni xəbər var

"Zirə"nin zədəli futbolçularının durumuna aydınlıq gəlib.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, serbiyalı müdafiəçi Lazar Corceviç 2 həftədən sonra məşqlərə başlaya biləcək.

Digər zədəli futbolçu Riçard Almeydanın durumu isə daha yaxşıdır. Yarımmüdafiəçi 3-4 günlük aradan sonra komandaya qoşulacaq.

Hər iki oyunçu Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində "Qəbələ" ilə baş tutan oyunda (1:1) zədələnərək məcburi əvəzlənməli olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM