“Zirə” yeni XİLASKAR TAPIB - FOTO

15 Mart 2021 23:40 Zirə 1 603
“Zirə” yeni XİLASKAR TAPIB - FOTO

Fakundo Melivilo “Zirə”də debüt edib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçunun debütü Azərbaycan Premyer Liqasının XX turunda rəsmiləşib.

Argentinalı legioner “Qəbələ” ilə səfər oyununda (1:1) meydana çıxıb.

Melvilo “Zirə”nin tarixində ilk argentinalı oyunçusudur. Ona qədər 29 ölkədən 51 legioner komandanın formasını geyinib. Cənubi amerikalı qol hesabını debüt matçında açan 6-cı futbolçu kimi tarixə düşüb.

“Qəbələ” ilə qarşılaşmayadək Viktor İqbekoyi, Aleksandr Dedov, Pərdis Fərcad-Azad, Ağabala Ramazanov və Musa Qurbanlı ilk oyunda fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!